"Qarabağ" Gelaşvili ilə yollarını ayırdı
17 iyun 2014 18:50 (UTC +04:00)

"Qarabağ" Gelaşvili ilə yollarını ayırdı

Bu mövsüm Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” gürcüstanlı hücumçu Nikolas Gelaşviliylə yollarını ayırıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün tərəflər qarşılıqlı şəkildə müqaviləni pozublar.

Ötən mövsüm Almaniyanın “Bohum” klubundan transfer olunan 29 yaşlı forvard Ağdam klubunda istənilən kimi çıxış edə bilmədi.

 

18 dəfə komandanın formasını geyən Gelaşvili cəmi 5 dəfə rəqib qapıçıları məyus edə bilmişdi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1179

Oxşar yazılar