"Qarabağ" daha bir yerli futbolçunu transfer etdi
15 iyun 2014 16:20 (UTC +04:00)

"Qarabağ" daha bir yerli futbolçunu transfer etdi

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edəcək "Qarabağ" daha bir futbolçu transferini reallaşdırıb. 

 

Lent.az-ın korner.az-a istinadən verdiyi məlumata görə, Ağdam klubu AZAL-ın yarımmüdafiəçi Cavid Tağıyevlə razılıq əldə edib  və yaxın günlərdə onunla rəsmi müqavilə imzalanacaq.

22 yaşlı futbolçşu ilə azı 3 illik müqavilə imzalanması planlaşdırılır.

 

Qeyd edək ki, son ölkə çempionatı bu günlərdə digər gənc futbolçu Tərlan Quliyevi heyətinə qatıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1323

Oxşar yazılar