"Qalatasaray" növbəti transferini gerçəkləşdirib.
Lent.az-ın “qol.az”-a istinadən məlumatına görə, İstanbul təmsilçisi "Ridinq"də oyanayan Cem Pol Karacanı transfer edib. 26 yaşlı yarımmüdafiəçi ilə üç illik müqavilə imzalanıb. O, üç mövsümün hər birində 600 min avro maaş və oynadığı hər bir matça 15 min avro alacaq.
Qeyd edək ki, C.P. Karacan 2007-ci ildən "Ridinq"də çıxış edirdi.