İstanbulun “Qalatasaray” klubu heyətini gücləndirib. Apasport.az saytının məlumatına görə, “cim-bom” fransız futbolçu Lionel Karole ilə müqavilə imzalayıb.
Gənc futbolçu ilə anlaşma 4 illik nəzərdə tutulub.
Klub rəsmi saytından verilən məlumata görə, 23 yaşlı oyunçu üçün klubu “Troya”ya 1.5 milyon avro ödənib.
Müdafiəçi özü isə “sarı-qırmızılılar”da illik 700 min avro və hər oyuna 15 min avro qazanacaq.