Milli komandamız İstanbula getdi
Sərbəst güləş üzrə Azərbaycan yığması sabah ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayacaq.
Azərbaycan Güləş Federasiyasından APA-ya verilən məlumata görə, milli komanda bu gün Türkiyəyə yola düşüb.
Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək. Daha sonra komandamız ayın 11-dən 14-dək həmin şəhərdə təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.
932