Kiber Çempionatın 1/16 final mərhələsi yekunlaşdı
26 aprel 2019 19:21 (UTC +04:00)

Kiber Çempionatın 1/16 final mərhələsi yekunlaşdı

Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində aprelin 25-də futbol üzrə kiber çempionatın 1/16 mərhələsinə yekun vurulub. Bu barədə Lent.az-a AFFA-dan bildirilib.
 
Məlumata görə, iştirak üçün müraciət etmiş 750 nəfər arasında qeydiyyatdan keçmiş ilk 256 nəfər çempionatda öz bacarığını göstərmək şansı qazansa da, yarışda 136 nəfər iştirak edib. Çempionata qoşulmayan iştirakçılara texniki məğlubiyyət verilib. İştirakçılar arasından cəmi 16 oyunçu növbəti mərhələyə vəsiqə qazanıb. Oyun FIFA 19 qaydaları əsasında təşkil olunub.
 
Çempionatın 1/16 mərhələsində ən böyükhesablı məğlubiyyət 9:0 olub. “Çelsi” isə iştirakçılar arasında ən çox seçilən klub olaraq qeydə alınıb.
Çempionatın yeganə xanım iştirakçısı “Beşiktaş” klubu ilə çıxış edən Günel Hüseynova olub. Növbəti mərhələyə vəsiqə qazanmasa da, xanım iştirakçı hər kəs tərəfindən maraqla qarşılanıb.
 
Kiber çempionatda birinci yeri tutan iştirakçıya 1000 AZN pul mükafatı təqdim olunacaq, eləcə də oyunun qalibi AFFA-nın kiber futbol üzrə yığmasında təmsil olunmaq şansı qazanacaq. İkinci yerin sahibinə 500 AZN pul mükafatı veriləcək. Üçüncü yeri tutan iştirakçıya isə təşkilatçılar tərəfindən UEFA Avropa Liqası 2019-un rəsmi “Molten” topu, həmçinin imzalı forma hədiyyə ediləcək.
 
Çempionat Azərbaycan Kiber İdman Federasiyasının dəstəyi ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 751
avatar

Oxşar yazılar