Türkiyənin “Fənərbaxça” klubunun keçmiş futbolçusu Öndər Turacı bıçaqlanıb.
Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Belçikanın 3 liqa klubunda oynayan futbolçu qaynı tərəfindən sinəsindən və kürəyindən bıçaqlanıb.
Hadisə Belçikanın Saint-Nicolas şəhərində qeydə alınıb. Öndər Turacı uşağı barəsində keçmiş arvadı ilə mübahisə edib. Bundan sonra qadın qardaşını hadisə yerinə çağırıb. Bu zaman qaynı Öndər Turacını bıçaqlayıb.
Faktla bağlı araşdırma aparılır.