“Ümumilikdə, yaxşı oyun alındı. Bu cür oyunlar çətin olur".
Lent.az-n qol.az-a istinadən verdiyi məlumata görə, bu sözləri "Neftçi"nin baş məşqçisi Böyükağa Hacıyev Topaz Premyer Liqanın 31-ci turunda "Qəbələ" ilə oyundan (1:1) sonra deyib.
Təcrübəli mütəxəssis son oyunun nəticəsindən asılı olmayaraq mövsümü ikinci pillədə tamamlayacaq "Qarabağ" haqqında da danışıb: “Qarabağ”ın əziyyətinə heyfim gəlir. Çempionluq üçün çox əziyyət çəkdilər, lakin bu fürsəti əldən verdilər. Mən isə bu fürsəti əldən verməzdim. “Xəzər Lənkəran”ı da Avroliqaya vəsiqə qazanması ilə təbrik edirik” - deyə Hacıyev bildirib.