
Minsk-2019: Azərbaycan yığması 9-cu medalını qazandı
Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında cüdoçuların fərdi yarışlarının sonuncu gününün medal qarşılaşmalarına start verilib.
APA-nın Minskə ezam olunmuş əməkdaşının məlumatına görə, Azərbaycan cüdoçusu Məmmədəli Mehdiyev bürünc medal uğrunda görüşə çıxıb.
90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz hollandiyalı Noel Vant End ilə üz-üzə gəlib. Tatamini qələbə ilə tərk edən idmançımız yarışın bürünc mükafatçısı olub.
Eyni zamanda Avropa çempionatı statusu daşıyan cüdo yarışlarının ilk iki günündə Azərbaycan idmançıları 2 medal qazanıblar. Bunadək Rüstəm Orucov gümüş, Hidayət Heydərov (hər ikisi 73 kq) bürünc mükafat əldə edib.
Ümumilikdə isə bu, idmançılarımızın Minskdə 9-cu medalı (4 gümüş, 5 bürünc) olub.
Qeyd edək ki, bu gün daha üç cüdoçumuz bürünc medal uğrunda qarşılaşmada qüvvəsini sınayacaq. Elmar Qasımov (100 kq) xorvatiyalı Zlatko Kumriç, Uşanqi Kokauri (+100 kq) avstriyalı Stefan Heqi, İrina Kindzerska (+78 kq) ukraynalı Qalina Tarasova ilə qarşılaşacaq.
Oxşar yazılar

Rodriqo 3 ingilis klubuna gələn mövsüm harada oynamaq istədiyini bildirdi
13 iyul 2025 , 10:04
"Fənərbağça" ingilis futbolçunu aldı
12 iyul 2025 , 18:54
Messi "Barselona"da oynayacaq
12 iyul 2025 , 13:56
“Bayer” 23 yaşlı amerikalı futbolçunu aldı
12 iyul 2025 , 13:02
Model "Çelsi"nin yeni futbolçusunu atıb getdi -FOTOLENT
12 iyul 2025 , 09:56
Orkun Kökçünün "Beşiktaş"a transferi rəsmiləşdi
12 iyul 2025 , 00:05
PSJ “Liverpul”u qabaqladı: planetin ən yaxşı futbol komandaları reytinqində
11 iyul 2025 , 19:46