
ÇL: Yarımfinalın ikinci oyununda “Barselona” “Liverpul”la qarşılaşacaq
Sabah Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
ONA-nın məlumatına görə, günün yeganə matçı İspaniyada keçiriləcək.
“Barselona” öz meydanında İngiltərə təmsilçisi “Liverpul”u qəbul edəcək. La Liqada çempionluğu rəsmiləşdirən kataloniyalılar artıq bütün diqqətini Avropaya yönəldib.
Ernesto Valverde yalnız zədəli Rafinyanın xidmətindən məhrumdur. Həm daxili, həm beynəlxalq arenada mübarizəsini davam etdirən “Liverpul” isə görüşə itkisiz çıxacaq. Düzdür, Yurgen Klopp zədədən sonra vəziyyətləri qeyri-müəyyən olan Roberto Firmino və Lallananın durumunu son anda biləcək.
Bu, iki komandanın avrokuboklarda 5-ci dueli olacaq. Sonuncu dəfə “Barselona” ilə “Liverpul” arasında qarşılaşmalar 2006/07 mövsümündə Çempionlar Liqasının 1/8 finalında baş tutub. Həmin vaxt “Nou Kamp”da 2:1 hesabı ilə qalib gələn ingiltərəlilər evdə bir cavabsız qol buraxsa da, səfərdəki toplar sayəsində mərhələ keçib.
Qeyd edək ki, bu gün keçiriləcək yarımfinalın ilk oyununda “Tottenhem” (İngiltərə) “Ayaks”ı (Hollandiya) qəbul edəcək.
Çempionlar Liqası
Yarımfinal, ilk oyun
23:00. “Barselona” (İspaniya) – “Liverpul” (İngiltərə)
Baş hakim: Byorn Kuypers (Hollandiya)
Barselona. “Nou Kamp” stadionu
Oxşar yazılar

“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59
“Arsenal”ın böyük yay həftəsi: 150 milyon xərcləmə planı
14 iyul 2025 , 18:06
PSJ-nin müdafiəçisi klubdan getmək istədiyini AÇIQLADI
14 iyul 2025 , 16:37
"Mançester Yunayted" qapıçı böhranı astanasında - zədəli Onananın yerinə beş namizəd
14 iyul 2025 , 13:43
Yamalın nəhayət 18 yaşı var: Futbolun "ən gənc"inin rekordları
14 iyul 2025 , 11:22
“Çelsi”yə kuboku Tramp təqdim etdi
14 iyul 2025 , 02:04