ÇL:  II təsnifat mərhələsi start götürür
24 iyul 2018 07:23 (UTC +04:00)

ÇL: II təsnifat mərhələsi start götürür

Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsi start götürəcək. Apasport.az saytının məlumatına görə, ilk olaraq 7 matç oynanılacaq.

 

İlk oyun gününə Qazaxıstanda start veriləcək. Millimizin yarımmüdafiəçisi Riçard Almeydanın forma geyindiyi “Astana” “Mityulland”ı qəbul edəcək. Danimarka təmsilçisi ilə oyunda “Qəbələ”nin keçmiş baş məşqçisi Roman Qriqorçuk və eks “Qarabağ”lı Pedro Enrike də səhnəyə çıxacaqlar.

 

Mərhələnin PAOK – “Bazel” və “Dinamo” – “Hapoel” qarşılaşmaları da maraqla gözlənilir. Günün son matçında “Legiya” Trnava “Spartak”ını qəbul edəcək.

 

 

Çempionlar Liqası

 

II təsnifat mərhələsi

 

İlk oyunlar

 

24 iyul

 

 

18:00. “Astana” (Qazaxıstan) – “Mityulland” (Danimarka)

 

 

20:00. ÇFR (Kluj, Rumıniya) – “Malmö” (İsveç)

 

 

21:30. PAOK (Yunanıstan) – “Bazel” (İsveçrə)

 

 

22:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Hapoel” (Beer-Şeva, İsrail)

 

 

22:15. “Şkendiya” (Makedoniya) – “Şerif” (Moldova)

 

 

22:30. “Srvena Zvezda” (Serbiya) – “Suduva” (Litva)

 

 

23:00. “Legiya” (Varşava, Polşa) – “Spartak” (Trnava, Slovakiya)

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 395
avatar

Oxşar yazılar