Çempionlar Liqası: “Monako” və “Atletiko” 1/4 finalda
18 mart 2015 03:58 (UTC +04:00)

Çempionlar Liqası: “Monako” və “Atletiko” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin növbəti iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, baş tutan qarşılaşmalar 1/4 finalın daha iki iştirakçısının adına aydınlıq gətirib

 

İngiltərədə “Arsenal”ı məğlub edən “Monako” növbəti mərhələyə vəsiqəni böyük ölçüdə həll edib. Fransa təmsilçisi iki top üstünlüyünü qorumağa çalışıb.

 

Düzdü, londonlular 0:2 hesabı ilə qalib gəlsələr də, turnirlə vidalaşıb. 36-cı dəqiqədə Olivye Jiru və 79-cu dəqiqədə Aaron Remsinin qolları “topçular”a yetərli olmayıb.

 

Madriddə keçirilən oyunda isə qonaqlar üstünlüyünü qorumağa çalışıb. Almaniya “Bayre”i evdə minimal hesabla məğlub etdiyi “Atletiko”nu mübarizədən kənarlaşdırmağa çalışıb. Son vaxtlar o qədər də uğurlu çıxış etməyən madridlilər isə doğma meydanda qalib gəlmək niyyətində idi. Azarkeşlər 90 dəqiqə ərzində yalnız Mario Suaresin tək qoluna şahidlik ediblər. Ümumi hesabda bərabərlik yarandığı üçün əlavə vaxta ehtiyac duyulub. Burada da qalib müəyyənləşməyib. Penaltilər seriyasında isə ispanlar daha dəqiq oynayıb və 1/4 finala yüksəlib – 3:2.

 

Qeyd edək ki, ötən həftə “Real” (İspaniya), “Bavariya” (Almaniya), PSJ (Fransa) və “Porto” (Portuqaliya) 1/4 finala yüksəlmişdi.

 

 

Çempionlar Liqası

1/8 final, cavab oyunları

17 mart

 

“Monako” (Fransa) – “Arsenal” (İngiltərə) - 0:2

 

Qollar: Jiru, 36, Remsi, 79

 

İlk oyun – 3:1

 

 

“Atletiko” (İspaniya) – “Bayer” (Almaniya) - 1:0 (penaltilər seriyası - 3:2)

 

Qol: Suares, 27

 

İlk oyun – 0:1

# 127
avatar

Oxşar yazılar

"Neftçi" bu dəfə "Zirə"yə uduzdu

"Neftçi" bu dəfə "Zirə"yə uduzdu

20 aprel 2024 , 22:08
"Real"ın kapitanı klubu tərk edir

"Real"ın kapitanı klubu tərk edir

20 aprel 2024 , 18:16
Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT

Futbolçu meydanda yıxıldı, köməksiz qalıb öldü - dəhşətli FAKT

20 aprel 2024 , 17:03
"Barselona"nın yeni baş məşqçisi  o olacaq

"Barselona"nın yeni baş məşqçisi o olacaq

20 aprel 2024 , 12:58
"Real" bu müdafiəçini alır

"Real" bu müdafiəçini alır

20 aprel 2024 , 11:52
Qvardiola "Mançester Siti"dən gedir

Qvardiola "Mançester Siti"dən gedir

20 aprel 2024 , 09:25
Şahmatçılarımız Avropa çempionatına qələbə ilə başladı

Şahmatçılarımız Avropa çempionatına qələbə ilə başladı

19 aprel 2024 , 23:29
Oyunda maraqlı məqam:  2 sarı vərəqə aldı,   meydandan qovulmadı

Oyunda maraqlı məqam: 2 sarı vərəqə aldı, meydandan qovulmadı

19 aprel 2024 , 19:39