Bakı-2019: Atletimiz finalda çıxış edəcək
24 iyul 2019 11:10 (UTC +04:00)

Bakı-2019: Atletimiz finalda çıxış edəcək

XV Avropa Gənclər Yay Olimpiya Festivalının atletika yarışları davam edir.
 
APA-nın məlumatına görə, bu gün səhər sessiyasında Azərbaycan yığmasının üç üzvü mübarizəyə qoşulub.
 
Qızların üçtəkanla tullanma yarışında Sabrina Jralova təsnifat mərhələsində qüvvəsinə sınayıb. B qrupunda çıxış edən atlet 12,23 m tullanıb. 16 yaşlı təmsilçimiz 9-cu yeri tutaraq final mərhələsinə yüksəlib. Həlledici raund iyulun 26-da keçiriləcək və saat 18:10-da start götürəcək.
 
Qaçış zolağına çıxan iki təmsilçimiz isə mübarizəni dayandırıb. Lamiyə Vəliyeva qızların 200 m məsafəyə qaçışında I mərhələdə qüvvəsini sınayıb. 25,06 saniyə göstəriciyə imza atan atletimiz 20 iştirakçı arasında 14-cü yeri tutub.
 
Oğlanların eyni məsafəyə qaçışında isə ölkəmizi Əli Abdıyev təmsil edib. O, I mərhələni 22,63 saniyəyə qaçıb. Atletimiz 19 iştirakçı arasında 14-cü yeri tutub.
 
Qeyd edək ki, bu gün daha bir idmançımız azarkeşlər önünə çıxacaq. Aydın Bədəlov oğlanların hündürlüyə tullanma yarışında təsnifat mərhələsinin B qrupunda çıxış edəcək.
# 517
avatar

Oxşar yazılar