Bakı-2015: Yığmamız medal şansını itirdi
15 iyun 2015 23:50 (UTC +04:00)

Bakı-2015: Yığmamız medal şansını itirdi

Bakı-2015 I Avropa Oyunları çərçivəsində kişilər arasında keçirilən su polosu yarışlarında qrup mərhələsinə yekun vurulub. Apasport.az saytının məlumatına görə, bu yarışda iştirak edən Azərbaycan yığması yer aldığı B qrupunu sonuncu pillədə başa vurub.

 

Almaniyaya böyük hesabla uduzan komandamız növbəti mərhələyə adlaya bilməyib. Buna baxmayaraq, yeni formalaşan yığmamız 13-16-cı yerlər uğrunda mübarizə aparacaq.

 

4 qrupu lider kimi tamamlayan İtaliya, Macarıstan, İspaniya və Xorvatiya birbaşa 1/4 finala vəsiqə qazanıblar. Qruplarda 2-3-cü yerləri tutan Rusiya, Fransa, Almaniya, Rumıniya, Yunanıstan, Monteneqro, Serbiya və Slovakiya pley-offda mübarizə aparacaqlar. Bu komandalardan da dördü 1/4 finala yüksələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 206

Oxşar yazılar