[b]DÇ-2018:[/b] [b]Braziliyadan yeni rekord[/b]
02 iyul 2018 20:44 (UTC +04:00)

[b]DÇ-2018:[/b] [b]Braziliyadan yeni rekord[/b]

DÇ-2018-in 1/8 final mərhələsinin Braziliya – Meksika oyunu yeni rekordla əlamətdar olub.

 

Apasport.az saytının məlumatına görə, qarşılaşmada hesabı açan Neymar “sambaçılar”ın dünya çempionatlarında 227-ci qoluna imza atıb.

 

Bununla da “pentakampeonlar” Almaniyanın 226 qolluq rekordunu yeniləyib və mundialların ən məhsuldar komandası adına yiyələnib.

 

2:0 hesabı ilə qalib gələn Braziliyanın ikinci qolunu vuran Firmino isə bu rəqəmi 228-ə çatdırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 301
avatar

Oxşar yazılar