<span style="color:red;">124 il əvvəlin “ixtirası”:  Saatda 100 km sürət, 100 minləri yerindən oynadan “ölüm cəzası”
03 mart 2015 14:47 (UTC +04:00)

124 il əvvəlin “ixtirası”: Saatda 100 km sürət, 100 minləri yerindən oynadan “ölüm cəzası”

3 mart 1891-ci il. 124 il öncə, məhz bugünkü tarixdə futbolda 11 metrlik cərimə zərbəsi sayılan ilk penalti vurulub. Maraqlıdı ki, ilk penalti səhvən təyin olunub və onu vurmaq hüququ Şotlandiyanın “Eyrdrionians” klubuna verilib. Futbolun qaydalar kitabına isə penalti növbəti mövsümdən etibarən daxil edilib.

 

Penaltinin “ixtiraçısı” irlandiyalı Uilyam MakKri hesab olunur. Onun ideyasını futbolda uzun müddət “ölüm cəzası” adlandırıblar.

 

1982-ci ildə əfsanəvi futbolçu Yohann Kroyff qalmaqallı penalti ilə yadda qalıb. Belə ki, “Helmond Sport” komandası ilə qarşılaşmada o, aldadıcı hərəkətlə rəqib qapıçını meydana “sərib”, daha sonra isə topu irəli, komanda yoldaşı Yesper Olsen istiqamətinə ötürüb. Sonda ondan ötürməni geri alan Kroyff boş qapını dəqiq nişan alıb.

 

İddia olunur ki, SSRİ yığmasının əfsanəvi qapıçısı Lev Yaşin karyerası ərzində 150-dən çox penalti dəf edib və bu göstəricidə birincidi.

 

Penalti nöqtəsindən vurulan zərbənin orta sürəti saatda 100 km-ə bərabərdi və topun qapı xəttinə çatması 0,4 saniyəni əhatə edir.

 

İngiltərə yığmasının keçmiş hücumçusu Metyu Le Tissye 11 metrlik zərbənin ustası sayılıb. 2002-ci ildə futbolla vidalaşan Tissye karyerası ərzində yalnız 1 dəfə penaltini qeyri-dəqiq yerinə yetirib.

 

“Pley-off” sistemi ilə keçirilən turnirlərdə oyunun əsas və əlavə vaxtında bərabərlik qeydə alınanda, qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına gərək duyulur. Belədə hər komanda 5 penalti vurmaq hüququ əldə edir. Əgər 5 penaltidən sonra bərabərlik varsa, komandalar qalib müəyyənləşənə qədər penalti vuruşunu davam etdirirlər. Penaltilər seriyasından ilk dəfə 1970-ci ildə Uottni Manna kubokunda “Hall Siti” və “Mançetser Yunayted” komandaları arasındakı matçda istifadə edilib. Həmin görüşdə “Mançester Yunayted” 4:3 hesablı qələbə qazanıb. “Mankunianlar”ın futbolçusu Denis Lou isə penaltilər seriyasında hədəfdən yayınan ilk futbolçu kimi tarixə düşüb.

 

Əvvəllər 11 metrlik cərimə zərbəsi zamanı qapıçılara yerindən tərpənməyə icazə verilmirdi. Onlar topa zərbə vurulandan sonra reaksiya verə bilərdilər. Əgər qapıçı yerindən vaxtından əvvəl tərpənib, zərbəni dəf edərdisə, hakim penalti zərbəsinin yenidən vurulmasını tələb edirdi. 1945-ci ildə Şotlandiya çempionatında “Kilmarnok” və “Partik Tisp” komandaları arasında keçirilən oyunda Tommi Uayt analoji səbəbdən penaltini 7 dəfə təkrar vurmalı olub.

 

Futbolda yaddaqalan penaltilərin müəllifləri sırasında Antonin Panenka birinci yerdədi. Çexiyalı əfsanəvi futbolçu AÇ-1976-da vurduğu penalti ilə yaddaşlarda qalıb. Söhbət topa yavaş toxunmaqla, onu yerə yıxılan qapıçının başının üzərindən aşırmaqdan gedir. Panenkadan sonra həmin penalti vuruşunu xeyli sayda futbolçu təkrarlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 323
avatar

Tengiz Məmmədov

Oxşar yazılar