"Çelsi" uddu, "Mançester Yunayted" autsayderlə bacarmadı
05 may 2019 19:21 (UTC +04:00)

"Çelsi" uddu, "Mançester Yunayted" autsayderlə bacarmadı

İngiltərə Premyer Liqasında 37-ci turun daha 2 oyunu keçirilib.

Eyni saatda başlayan matçlarda "Çelsi" evdə "Uotford"la, "Mançester Yunayted" isə səfərdə "Haddersfild"lə qarşılaşıb. London klubu rəqibinə 3 cavabsız qolla qalib gəlib. "Qırmızı şeytanlar" isə turnir cədvəlinin sonuncu pilləsində qərarlaşan və çempionşipə düşməyi dəqiqləşən komanda ilə bərabərə qalıb - 1:1.

 



5 may

17:00. "Çelsi" - "Uotford"- 3:0
Qollar: 
R. Loftus-Çik, 48 (1:0), D. Luis, 51 (2:0), Q. İquain, 75 (3:0)

17:00. "Haddersfild" - "Mançester Yunayted" - 1:1
Qollar:
 S. Maktominay, 8 (0:1), İ. Mbenza, 60 (1:1)


Qeyd edək ki, bu qələbədən sonra xallarını 71-ə çatdıran "Çelsi" 3-cü pilləyə yüksəlib. "Mançester Yunayted" 66 xalla 6-cı sırada qalıb. 50 xalı olan "Uotford" 10-cudur, 15 xallı "Haddersfild" isə sonuncudur.

 

(qol.az)

# 1654
avatar

Oxşar yazılar