Avqustun 11-də UEFA superkuboku çərçivəsində Tiflisin "Boris Payçadze" adına "Dinamo" stadionunda keçiriləcək "Barselona" - "Sevilya" matçının biletlərinin qiyməti fantastik qiymətə çatıb. Lent.az-ın məlumatına görə, dəyəri 7-10 Avro olan biletlər bütövlüklə qara bazar tərəfindən alınıb, müvafiq olaraq 300-350 dollara satılır. İnsanlar oyunun keçiriləcəyi stadionun qarşısına axışsalar da, kassalar bağlı olduğundan biletsiz qalıblar.
Onu da əlavə edək ki, hazırda Gürcüstan futbol federasiyası tətilə gedib. Federasiyanın qapısına da “biz tətildəyik” yazısı qeyd olunub.
Qeyd edək ki, UEFA final matçının biletlərinin biletebi.ge saytında satılacağını bildirmişdi. Lakin sayt elə ilk gün yüklənmədən fəaliyyətini dayandırdı. Gürcüstan Futbol Federasiyasi isə daha sonra biletlərin kassalardan satılacağını açıqladı.