"Barselona" Arda Turanı cəzalandırdı
24 mart 2016 16:32 (UTC +04:00)

"Barselona" Arda Turanı cəzalandırdı

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan cəzalanıb. Lent.az-ın qol.az-a istinadən verdiyi məlumata görə, buna türkiyəli futbolçunun klubun məşqlərinə gec gəlməsi səbəb olub.

"Barselona"da qaydalara görə futbolçular məşqdən bir saat, oyunlardan isə saat yarım öncə stadionda olmalıdır. Lakin gecikən futbolçulara müəyyən məbləğdə pul cəzaları kəsilir.

Cari mövsüm ən çox cəza alan futbolçuların siyahısına müdafiəçi Jerar Pike başçılıq edir. Arda Turan isə ilk "dördlük"də qərarlaşıb. Messi, İniyesta, Buskets və Maskerano isə cari mövsüm bütün məşqlərə və oyunlara vaxtında gəlməklə heç bir cəzaya məruz qalmayıblar.

Qeyd edək ki, futbolçuların cəza olaraq ödədiyi pullar xeyriyyə işlərinə sərf edilir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 619
avatar

Oxşar yazılar