Məşhur braziliyalı futbol ulduzu Ronaldinyo Bakıya gəlib.
Oxu.Az xəbər verir ki, “Barselona”, PSJ və “Milan”ın sabiq futbolçusu bu barədə öz Instagram səhifəsində məlumat verib.
Ronaldinyo Bakı restoranlarından birində çəkdirdiyi fotonu “Bakıda ilk gün. Şou” yazısı paylaşıb.
Qeyd edək ki, Ronaldinyo 2002-ci ildə Braziliya yığmasının heyətində Koreya və Yoponiyada keçirilən dünya çempionatının qalibi olub.
2005-ci ildə Avropanın ən yaxşı futbolçusu adına layiq görülərək “Qızıl top” mükafatını qazanıb.
FİFA-nın versiyasına görə, 2004 və 2005-ci illərdə dünyanın ən yaxşı futbolçusu seçilib.