FİFA referisi Əliyar Ağayev Avro-2020-nin seçmə mərhələsinin oyununa təyinat alıb.
Lent.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, beynəlxalq dərəcəli azərbaycanlı hakim martın 24-də Varşava şəhərindəki “Narodovy” stadionunda keçiriləcək Polşa – Latviya qarşılaşmasını idarə edəcək.
Bu oyunda Ə.Ağayevin köməkçiləri isə Rza Məmmədovla Namiq Hüseynov olacaq. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirəcək.