Dekabrın 9-da Azərbaycan Gimnastika Federasiyasının İcra Komitəsinin 30-cu iclası keçirilib. Lent.az federasiyanın mətbuat xidmtinə istinadən xəbər verir ki, iclasda qurumun Baş katibinin, gimnastika növləri üzrə Kompleksli Elmi Tədqiqat qrupunun rəhbərinin və gimnastika növləri üzrə yığma komandaların Baş məşqçilərinin illik hesabatları dinlənilib.
AGF-nin baş katibi vəzifəsinə 2007-2009-cu illərdə federasiyanın baş katibinin köməkçisi, 2009-cu ildən bu günə qədər isə müavini vəzifəsində çalışmış Nurlana Məmmədzadə seçilib.
Qeyd edək ki, daha öncə bu vəzifəyə Avropa Gimnastika İttifaqına (UEG) prezident seçilmiş Fərid Qayıbov rəhbərlik edirdi. F.Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti təyin olunandan sonra bu vəzifə boş idi.