Məşhur britaniyalı futbolçu Con Terrinin evi qarət olunub.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident fevralın 25-də, Surrey qraflığında qeydə alınıb.
Adıçəkilən evi İngiltərə yığma komandasının sabiq kapitanı 2014-cü ildə tanınmış qolfçu Kolin Montqoneridən 5 milyon funt sterlinqə alıb.
Cinayət C.Terri həyat yoldaşı ilə birgə Dubayda olduqları vaxt baş verib. Faktla bağlı polis araşdırma aparır.
1998-ci ildən Londonun “Çelsi” klubunun şərəfini qoruyan C.Terri cari mövsümdə İngiltərə çempionatında 5 oyun keçirib. Onun klub ilə müqaviləsi 2017-ci ilin yayında bitir.