[b]London derbisində bərabərlik[/b]
Martın 2-də İngiltərə Premyer Liqasının 29-cu turuna start verilib. Lent.az xəbər ki, turun ilk oyununda “Tottenhem”lə “Arsenal” komandaları üz-üzə gəliblər.
“Uembli” stadionunda keçirilən görüş 1:1 hesabı ilə başa çatıb.
Hesabı 16-cı dəqiqədə "Arsenal"dan Aaron Remzi açıb. 74-cü dəqiqədə Harri Keyn penaltidən bərabərliyi təmin edib. 90+1-ci dəqiqədə qonaqlardan Pyer-Emeriqk Aubameyanq penaltidən yararlana bilməyib. Matçın son saniyələrində isə "Arsenal"dan Lukas Torreyra qırmızı vərəqə alıb.
675