<b>İdmançımız güləşmədən Avropa çempionu oldu</b>
09 aprel 2019 15:47 (UTC +04:00)

İdmançımız güləşmədən Avropa çempionu oldu

Azərbaycan güləşçisi Cəbrayıl Həsənov üçüncü dəfə Avropa çempionu olub. 
 
ONA-nın məlumatına görə, sərbəst güləş üzrə millimizin kapitanı bu gün keçirilməli olan final döyüşünə çıxmadan qızıl medala layiq görülüb. 
 
79 kq çəki dərəcəsində çıxış edən C.Həsənov Rumıniyanın paytaxtı Buxarestdəki yarışın həlledici görüşündə Əhməd Qazıməhəmmədov görüşməli idi. Lakin yarımfinalda zədələnən rusiyalı iştirakını dayandırıb. 
 
Qeyd edək ki, C.Həsənov 2010 və 2011-ci illərdə Avropa çempionu olub.  
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 791
avatar

Oxşar yazılar