Beynəlxalq Futbol Federasiyası (FİFA) Şurasının Sürixdə keçirilən toplantısında 2026-cı ilin dünya çempionatının keçirilməsi üçün ərizələrin qəbulu prinsipi təsdiqlənib.
APA TV-nin məlumatına görə, ərizələr 2018 və 2022-ci il mundiallarına ev sahibliyi etmiş ölkələrdən - Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) və Asiya Futbol Konfederasiyası (AFK) üzvlərindən qəbul edilməyəcək.
Avropa ölkələri dünya birinciliyinin keçirilməsinə yalnız o vaxt iddia edə bilərlər ki, digər qitələrdən olan namizədlər texniki və makiyyə tələblərə cavab verməsinlər.
Bununla yanaşı, çempionatın bir neçə ölkə tərəfindən birgə keçirilməsi üçün heç bir məhdudiyyət yoxdur.
2026-cı ilin dünya çempionatına ev sahibliyi üçün əsas namizəd ABŞ hesab edilir.