La Liqanın 25-ci turu çərçivəsində baş tutan “Deportivo” – “Atletiko” oyununda təhlükəli anlar yaşanıb. Apasport.az saytının məlumatına görə, matçın 86-cı dəqiqəsində qonaqların hücumçusu Fernando Torres ölümdən dönüb.
Berqantinyosun onun başına zərbəsi ilə bir anda huşunu itirən oyunçu yerə yıxılıb. Komanda yoldaşlarının ilkin müdaxiləsindən sonra həkimlərin səyi nəticəsində özünə gələn futbolçunu meydandan çıxarıblar.
Azarkeşlərin alqışları ilə dəstəklənən oyunçunun huşsuz vəziyyətində komanda yoldaşı Ximenezin çox narahat olduğu, “Deportivo”lu Fəcrin isə dua etdiyi görüntülərə düşüb.
Futbolçu xəstəxanaya aparılıb.