İspaniyanın “Atletiko” futbol komandası bu mövsüm çempion ola bilməyəcək. Lent.az-ın məlumatına görə, belə bir açıqlamanı komandanın baş məşqçisi Dieqo Simeone verib.
O deyib: “Əsas hədəfimiz başımızı aşağı salıb işimizi görməkdir. Heç kim məni səhv danışdığıma inandıra bilməz. Çempionluğumuza inanmıram. Son 10 ildə qeydə alınan nəticələrimizi izləsək, liderlərdən 10, 20, hətta 30 xal geridə qaldığımızı görərik. Məhz bu səbəbdən, çempion olacağımızı düşünmürəm”.
Qeyd edək ki, “Azerbaijan Land of Fire” formalı komanda İspaniya çempionatında 22 turdan sonra 57 xalla liderdir.