UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq “Napoli” – “Dinamo” oyunundan əvvəl qan tökülüb. Apasport.az saytının məlumatına görə, Kiyev təmsilçisinin azarkeşlərindən biri Neapolda bıçaqlanıb.
Ukraynalı fanat küçədə “Dinamo” şərfi ilə gəzərkən birdən-birə italiyalı azarkeşlərin hücumuna məruz qalıb. Ona 3 bıçaq zərbəsi vurulub.
Ancaq qanlı olaylar bununla bitməyib. Bir müddət sonra daha bir ukraynalı azarkeş xəsarət alıb.
Qeyd edək ki, hər iki azarkeşin vəziyyəti normaldı və ilkin müdaxilədən sonra xəstəxanadan buraxılıblar.