[b]Almaniya futbolunda daha bir irqçi qalmaqalı[/b]
Almaniya futbolunda daha bir irqçi qalmaqalı yaşanıb.
Lenr.az qol.az-a istinadən xəbər verir ki, azarkeşlər Bundestimin üzvü İlkay Gündoğana qarşı irqçi şüarları səsləndiriblər. Hadisə Serbiya ilə yoldaşlıq oyunu zamanı baş verib. Türk əsilli yarımmüdafiəçi sözügedən matcda ilk dəfə olaraq Almaniya millisinin kapitanı kimi meydana çıxıb.
İlkayla yanaşı, Leroy Sane də azarkeşlərin təhqiri ilə üzləşib. Volfsburq polisi məsələ ilə bağlı tədqiqata başlayıb.
Xatırladaq ki, bir neçə ay əvvəl Bundestimin digər türk əsilli üzvü Məsut Özil də irqçi təzyiqlərə məruz qalıb və bu səbəbdən milli komandadan gedib.
733