![[b]“Titulu asanlıqla qazandığımı demək olmaz” - İkiqat dünya çempionumuz[/b]](https://lent.az/storage/news/2019/may/20/big/6094ddd06922f5952c3fe6c55a13f89f.jpg)
[b]“Titulu asanlıqla qazandığımı demək olmaz” - İkiqat dünya çempionumuz[/b]
“Bu titulu asanlıqla qazandığımı demək olmaz. Çünki hamı dünya çempionatına iddialı gəlmişdi”.
Bunu ONA-ya Böyük Britaniyanın Mançester şəhərində ikinci dəfə dünya çempionu titulu qazanan Azərbaycan millisinin taekvondoçusu Milad Beiqi Harçeqani deyib.
Yığmamız ardıcıl üçüncü dəfə mundialı qızıl medalla başa vurub. Əgər 2015-ci ildə Radik İsayev dünya çempionatında Azərbaycan himnini səsləndirmişdisə, 2017-ci il və 2019-cu ildə bunu M.B.Harçeqani bacarıb. O, 2 il öncə olduğu kimi, yenə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Təmsilçimiz ölkəmizdə bunu bacaran ilk taekvondoçu kimi tarixə düşüb.
80 kq çəki dərəcəsində mübarizə aparan idmançımız Mançesterdə keçirilən mundialda bütün rəqiblərini məğlub edib. Milad Beiqi Harçeqani finaladək ardıcıl olaraq, kubalı Xose Komasa (17:4), fransalı İsmael Bouzid Souhiliyə (19:4), moldovalı Aaron Kuka (40:26) və cənubi koreyalı Vu Hyeok Parka (37:20) qalib gəlib. O, həlledici görüşdə isə Apostolos Telikostooğlu (Yunanıstan) ilə döyüşüb. Olimpiya mükafatçımız rəqibini 22:12 hesabı ilə məğlub edib.
Qələbəsini şərh edən ikiqat dünya çempionu bildirib ki, səfərə məhz “qızıl” üçün yollanmışdı və bunu da əldə etdiyi üçün sevinclidir: “Bu səviyyəli turnirlərdə rahat qələbə olmur. Döyüşlərimdən hansının asan və ya hansının çətin keçdiyinə gəlincə, ikinci mərhələdə fransalı İsmael Bouzid Souhili ilə qarşılaşmanı fərqləndirərdim. Onunla sınağı nisbətən rahat keçirdim. Bu da rəqibi yaxşı tanımağımla bağlı idi. Ondan fərqli, yarımfinal və final daha ağır alındı. Amma çətin görüşlərdə vacib qələbələr qazana bildim”.
Qeyd edək ki, Milad Beiqi Harçeqani ilə yanaşı, Fəridə Əzizova (67 kq) da dünya çempionatını medalla başa vurub. Xanım idmançımız üçüncü olub. Bu nəticə ölkəmizi komanda hesabında 7-ci edib.
Hazırda Mançesterdə olan yığmamız Vətənə mayın 21-də saat 05:25-də qayıdacaq.
![avatar](/storage/authors/46742033_Lent.az - Facebook profile picture.png)
Oxşar yazılar
![Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO](https://lent.az/storage/news/2024/july/27/big/66a425db1a1a766a425db1a1a8172203362666a425db1a1a366a425db1a1a5.jpg)
Fransızlar Olimpiya bayrağını tərsinə asdılar - FOTO
27 iyul 2024 , 02:41Azərbaycan nümayəndə heyəti açılış mərasimində paraddan keçib - VİDEO
26 iyul 2024 , 21:58![Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir](https://lent.az/storage/news/2024/july/26/big/66a3e1d5863ff66a3e1d586400172201621366a3e1d5863f966a3e1d5863fc.jpg)
Parisdə Yay Olimpiya Oyunlarının açılış mərasimi keçirilir
26 iyul 2024 , 21:50![Paris Olimpiada Oyunları başlamamış iranlı idmançı qovuldu](https://lent.az/storage/news/2024/july/26/big/66a3a3f3c97d766a3a3f3c97d8172200037166a3a3f3c97d266a3a3f3c97d4.jpg)
Paris Olimpiada Oyunları başlamamış iranlı idmançı qovuldu
26 iyul 2024 , 19:07![Ronaldo ailəsi ilə tətildə](https://lent.az/storage/news/2024/july/26/big/66a383fd5fc4666a383fd5fc64172199218966a383fd5fc4066a383fd5fc43.jpg)
Ronaldo ailəsi ilə tətildə
26 iyul 2024 , 18:02![Ərəblər "Barselona"nın bu hücumçusunu alır](https://lent.az/storage/news/2024/july/26/big/66a37262ece7366a37262ece74172198768266a37262ece7066a37262ece72.jpg)
Ərəblər "Barselona"nın bu hücumçusunu alır
26 iyul 2024 , 15:26!["Barselona"nın kapitanı o olacaq](https://lent.az/storage/news/2024/july/26/big/66a333072664a66a333072664b172197146366a333072664766a3330726648.jpg)
"Barselona"nın kapitanı o olacaq
26 iyul 2024 , 09:48![12 yaşlı qızı zorlamaqda təqsirli bilinir: Olimpiadaya getdi](https://lent.az/storage/news/2024/july/25/big/66a23d1140c5d66a23d1140c5e172190849766a23d1140c5766a23d1140c5a.jpg)