[b]“Şəxsi həyatımda bəzi dəyişikliklər oldu” –[/b] Muarem Muarem
06 yanvar 2017 09:53 (UTC +04:00)

[b]“Şəxsi həyatımda bəzi dəyişikliklər oldu” –[/b] Muarem Muarem

“Qarabağ”ın futbolçusu Muarem Muarem Antalyada bu gün başlayan qış təlim-məşq toplanışında klubun rəsmi saytına açıqlamalar verib. Apasport.az saytının məlumatına görə, futbolçu ilk olaraq istirahət müddətdindən danışıb:

 

“İstirahət dönəmi mənim üçün yaxşı keçdi. Şəxsi həyatımda bəzi dəyişikliklər oldu, evləndim. Daha sonra təxminən bir həftəlik istirahət etdim. Tətildə olsam da, fikrim komandamla idi. Komanda yoldaşlarım üçün darıxmışdım. Azərbaycandan çox adam istər mesaj, istərsə də sosial şəbəkə vasitəsi ilə məni təbrik etdi, hər birinə “çox sağ ol” deyirəm. Məni unutmadılar”.

 

Makedoniyalı oyunçu qış fasiləsindən sonrakı oyunların vacibliyindən və komandadakı rəqabətdən də söz açıb: “Hər zaman qış fasiləsindən sonra çempionat oyunları daha çətin olur. Turnir cədvəlində “Qəbələ” və “İnter”lə xal fərqi azdır. Əslində bu, bir tərəfdən yaxşıdır ki, rəqabət sona qədər olur. Futbolçular həm məşqlərə, həm də oyunlara daha motivasiyalı çıxır. Xal fərqinin az olması çempionatın daha maraqlı keçməsinə də səbəb olur. Qış təlim-məşq toplanışında yaxşı hazırlaşıb həm Premyer Liqada, həm də ölkə kubokunda qızıl medalların sahibi olmaq istəyirik. Komandamızda hər bir mövqedə rəqabət var, həm məşqlərdə, həm də oyunlarda əlimdən gələnin ən yaxşısı etməyə çalışmışam. Rəqabətin olması futbolçular və komanda üçün yaxşıdır”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 121
avatar

Oxşar yazılar