[b]“Qəbələ” növbəti turda[/b]
21 iyul 2017 00:27 (UTC +04:00)

[b]“Qəbələ” növbəti turda[/b]

0

Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən Azərbaycan təmsilçiləri də vacib oyuna çıxıb.

 

Polşada “Yagelloniya”nın qonağı olan “Qəbələ” vətənə möhtəşəm nəticə ilə dönüb. İlk oyunda evdə 1:1 heablı bərabərliyə razılaşan Roman Qriqorçukun yetirmələri səfərdə 2 cavabsız qola sevinib.

 

İlk hissədə İlqar Qurbanov hesabı açıb. 45 dəqiqə bu hesabla başa çatıb.

 

İkinci yarıda rəqib hücumlarını intensivləşdirsə də, komandamız müdafiə olunub. Sona bir dəqiqə qalmış Ozobiçin vurduğu qol isə qələbəyə şübhə yeri qoymayıb.

 

"Qəbələ" növbəti mərhələdə Yunanıstan təmsilçisi "Panatinaikos"la görüşəcək.

 

 

Avropa Liqası

II təsnifat mərhələsi, cavab oyunları

20 iyul

 

“Yagelloniya” (Polşa) – “Qəbələ” (Azərbaycan) - 0:2

Qollar: İlqar Qurbanov, 18, Ozobiç, 89

 

Baş hakim: Konstantin Sebastyan Koltesku (Rumıniya)

Belostok. Şəhər stadionu

İlk oyun – 1:1

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 360

Oxşar yazılar