[b]“Mançester Yunayted” "Anderlext"ə, “Beşiktaş” “Lion”a qarşı [/b]
13 aprel 2017 09:08 (UTC +04:00)

[b]“Mançester Yunayted” "Anderlext"ə, “Beşiktaş” “Lion”a qarşı [/b]

Bu gün UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start veriləcək. Apasport.az saytının məlumatına görə, baş tutacaq 4 oyun Bakı vaxtı ilə saat 23:05-də start götürəcək.

 

Avrokuboklarda Türkiyənin yeganə təmsilçisi olan “Beşiktaş” “Lion”la qarşılaşacaq. Fransada baş tutacaq oyunda “qara qartal”ın hədəfi ikinci oyun üçün vətənə sərfəli nəticə ilə dönməkdir. İstər daxili arenada, istərsə də Avrokuboklarda olduqca uğurlu mövsüm keçirən istanbulluların hədəfi ən az finala qədər irəliləməkdir. Ancaq bu oyun Şenol Günəşin komandası üçün o qədər də asan olmayacaq. Belə ki, əsas oyunçuları Abubakar və  Quarejmanın uyğun olaraq cəza və zədə səbəbindən oynamaması komandanın işini çətinləşdirir. “Beşiktaş”dan fərqli olaraq yaxşı günlər keçirməyən “Lion”da isə ciddi itki yoxdur. “Roma”nı geridə qoyaraq türklərə rəqib olan komanda yenidən parlaq dönəmlərinə qayıtmaq istəyir.

 

Turnirin əsas favoriti “Mançester Yunayted” isə Belçika səfərinə yollanacaq. “Qırmızı şeytanlar”ın rəqibi “Anderlext” olacaq. Fil Cons, Xuan Mata, Ueyn Runi, Kris Smollinq və Eşli Yanqın xidmətindən məhrum olan ingiltərəliləri David De Xeanın vəziyyətinin qeyri-müəyyən olması da narahat edir. İngiltərə Premyer Liqasında ilk “4-lüy”ə düşmək şansını xeyli çətinə salan Joze Mourinyonun komandası üçün gələn mövsüm Çempionlar Liqasına qatılmağın ən rahat yolu məhz Avroliqadan keçir.

 

1/4 final mərhələsinin digər matçlarında “Ayaks” “Şalke”ni, “Selta” isə “Genk”i qəbul edəcək. Bu komandalar arasında yalnız “Ayaks”ın ölkə çempionatından ÇL-ə yollanmaq şansı qalır. Hollandiya təmsilçisi yenidən Avropa arenasında titul qazanmağa çalışacaqsa, digər 3 komanda sürpriz edərək, finala qədər irəliləmək niyyətindədir.

 

Avropa Liqası

1/4 final mərhələsi, ilk oyunlar

 

13 aprel

 

23:05. “Lion” (Fransa) – “Beşiktaş” (Türkiyə)

23:05. “Anderlext” (Belçika) – “Mançester Yunayted” (İngiltərə)

23:05. “Ayaks” (Hollandiya) – “Şalke” (Almaniya)

23:05. “Selta” (İspaniya) – “Genk” (Belçika)

# 183
avatar

APA Baycan

Oxşar yazılar

Kloppu  ləyaqətlə   yola salmalıyıq

Kloppu ləyaqətlə yola salmalıyıq

28 fevral 2024 , 19:39
"Çelsi"nin  antirekordundan   DANIŞDI

"Çelsi"nin antirekordundan DANIŞDI

28 fevral 2024 , 18:18
“Roma”dan Dibala ilə bağlı  YENİ QƏRAR

“Roma”dan Dibala ilə bağlı YENİ QƏRAR

28 fevral 2024 , 16:57
19 yaşlı futbolçunun  evində meyiti   tapıldı

19 yaşlı futbolçunun evində meyiti tapıldı

28 fevral 2024 , 14:06
Lunev “Qarabağ”a  transferindən   DANIŞDI: “Şükür Allaha...”

Lunev “Qarabağ”a transferindən DANIŞDI: “Şükür Allaha...”

28 fevral 2024 , 11:42
"Çox üzüldüm, ağlayacaqdım" - Poçettino

"Çox üzüldüm, ağlayacaqdım" - Poçettino

28 fevral 2024 , 09:27
Haaland bir oyunda 5 qol vurdu

Haaland bir oyunda 5 qol vurdu

28 fevral 2024 , 03:40
Dörd klub İnzaqi ilə  maraqlanır   – Biri  “Barselona”dır

Dörd klub İnzaqi ilə maraqlanır – Biri “Barselona”dır

27 fevral 2024 , 19:30