[b]“Beşiktaş” 4:1 ilə 1/4-də[/b]
17 mart 2017 01:06 (UTC +04:00)

[b]“Beşiktaş” 4:1 ilə 1/4-də[/b]

UEFA Avropa Liqasının 1/8 final mərhələsinin cavab oyunlarına start verilib.

 

APA-nın xəbərinə görə, Türkiyənin “Beşiktaş” klubu Yunanıstanın “Olimpiakos” komandasına 4:1 hesabla qalib gələrək, ¼ finala vəsiqə qazanıb.

 

 “Selta” (İspaniya) səfərdə Rusiyanın “Krasnodar” klubuna  2:0 hesabı ilə qalib gələrək ¼  finala yüksəlib.

 

Səfərdə rəqibini 5:2 hesabı ilə darmadağın edən “Genk” öz meydanında “Gent”i məğlub edə bilməyib. “Genk” 1:1 hesablı bərabərliklə növbəti mərhələyə vəsiqə qazanıb.

 

UEFA Avropa Liqası

1/8 final, cavab görüşləri

16 mart

 

“Beşiktaş” (Türkiyə) – “Olimpiakos” (Yunanıstan) - 4:1

Qollar: Abubakar, 10, Babel, 22, 75, Cenk, 84 - Elyunussi, 31

İlk oyun - 1:1

 

“Krasnodar” (Rusiya) – “Selta” (İspaniya) - 0:2

Qollar: Mallo, 52, Aspas, 80

İlk oyun - 1:2

 

“Genk” (Belçika) – “Gent” (Belçika) - 1:1

Qol: Kastanye, 20 - Verstraet, 84

İlk oyun - 5:2

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 211
avatar

Oxşar yazılar