"Ankaraspor"dan "Neftçi"nin futbolçusuna təklif gəldi
02 iyun 2014 19:05 (UTC +04:00)

"Ankaraspor"dan "Neftçi"nin futbolçusuna təklif gəldi

“Neftçi”nin futbolçusu Cavid İmamverdiyev karyerasını ölkə xaricində davam etdirməyə yaxındır. Apasport.az saytının əldə etdiyi məlumata görə, Türkiyə klubları 24 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdırlar.

 

Belə ki, İmamverdiyev üçün artıq “ağ-qaralar”a rəsmi təklif də edilib. Konkret olaraq, “Ankaraspor” yeni mövsümdə futbolçumuzu heyətinə görmək arzusundadır. İmamverdiyevin paytaxt klubunda icarə əsasında oynaması gözlənilir.  

 

Qeyd edək ki, Türkiyə I liqasında mübariz aparan “Ankaraspor” 2013/2014 mövsümünü 5-ci sırada başa vurub. Lakin onlar Super Liqaya vəsiqə uğrunda keçirilən pley-offda “Samsunspor”a uduzublar. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1320
avatar

Oxşar yazılar