“Benfika” ilə “Çelsi” turnirin tarixində 43-cü finalda kimin güclü olduğunu müəyyənləşdirirdi.
“Çelsi” qələbə qazanacağı təqdirdə, Çempionlar Liqasından (ÇL) sonrakı ildə bu turniri qazanan ilk komanda kimi tarixə düşəcəkdi. Londonlular eyni zamanda UEFA bayrağı altında keçirilən hər 3 yarışı qalibi olan 5-ci komanda olacaqdı. Belə ki, ötən il ÇL-nin qalibi olan “zadəganlar” 1971 və 1998-ci illərdə artıq keçirilməyən Kuboklar Kubokunu əldə edib. İndiyə kimi 4 klub – “Bavariya”, “Barselona, “Yuventus” və Ayaks” hər 3 turniri qazanmağı bacarıb.
Göründüyü kimi “Çelsi” bunu bacardı. Və tarixə düşdü.
***
UEFA Avropa Liqasının 2012/13-cü il mövsümünə yekun vuruldu. Lent.az-ın məlumatına görə, final görüşündə İngiltərənin “Çelsi” və Portuqaliyanın “Benfika” komandaları üz-üzə gəldi.
Avropa Liqası, final
15 may
“Benfika” (Portuqaliya) – “Çelsi” (İngiltərə) - 1:2
QOLLAR: Oskar Kardoso, 68-pen - Fernando Torres, 59, Torres Branislav İvanoviç, 90+2
Amsterdam. “Amsterdam Arena” stadionu
Baş hakim: Byorn Kaypers (Hollandiya)