“Xəzər Lənkəran”ın zədəli futbolçusundan son xəbər
05 iyul 2013 10:25 (UTC +04:00)

“Xəzər Lənkəran”ın zədəli futbolçusundan son xəbər

Futbol üzrə Avropa Liqasında “Slima” ilə I təsnifat mərhələsinin ilk oyunundan sonra da Maltada qalan “Xəzər Lənkəran” bir günlük istirahətdən sonra məşqlərini bərpa edib. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, günün nəzərdə tutulan yeganə məşqi təbii örtüklü meydanda keçirilib.

 

 

Zədəli futbolçulardan Junior Nildo və Zohair Benuahi istisna olmaqla, bütün futbolçular məşqə qatılıblar. Saat yarım davam edən hazırlıqda komanda fiziki və taktiki çalışmaları yerinə yetirib.

Bu gün səhər saatlarında Maltada keçirilən tibbi müayinədən sonra Benuahinin zədəsinin ciddi olmadığı aşkarlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 514
avatar

Oxşar yazılar