Topaz Premyer Liqasının XXI turu “Xəzər Lənkəran”ın 2 futbolçusu üçün yubiley qolu ilə əlamətdar olub. Lent.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, “Qəbələ” ilə səfər oyununda bərabərlik qolunu vuran Sadio Tounkara ağ-yaşıl formada 10-cu dəfə rəqib qapısına yol tapıb.
Malili futbolçu qollarından 8-ni çempionatda vurub. O, 2011/2012-ci il mövsümündə 1, 2012/2013-cü il mövsümündə 5, 2013/2014-cü il mövsümündə 2 dəfə fərqlənib. Yarımmüdafiəçi daha 2 qola cari mövsüm Azərbaycan Kuboku yarışında imza atıb.
Qəbələdəki matçda “Xəzər Lənkəran”ın 2-ci qolunu vuran Etame Mbilla da 10-a çatıb. Lakin kamerunlu legioner bununla kifayətlənməyib və qələbə qolu ilə 11-ci dəfə fərqlənib. Bununla da Mbilla ötən tur 11-ci qolunu vuran Skarlatakeyə çatıb. O, bütün qollarını cari mövsümdə vurub. 26 yaşlı forvard 8 dəfə çempionat, 2 dəfə kubok, 1 dəfə Superkubokda fərqlənib.
“Xəzər Lənkəran” tarixində 10 və daha çox qol vuranlar:
1 |
Zaur Ramazanov |
44 |
2 |
Samir Əliyev |
34 |
3 |
Rahid Əmirquliyev |
27 |
4 |
Mario Souza |
26 |
5 |
İvan Tsvetkov |
24 |
6-8 |
Vüqar Nadirov |
18 |
|
Rəşad Abdullayev |
18 |
|
Oqtay Dərəlioğlu |
18 |
9-10 |
Allan Lalin |
14 |
|
Branimir Subaşiç |
14 |
11 |
Edmond N'Tiamoa |
13 |
12-14 |
Emin Quliyev |
12 |
|
Alim Qurbanov |
12 |
|
Uinston Parks |
12 |
15-18 |
Etame Mbilla |
11 |
|
Adrian Manuel Skarlatake |
11 |
|
Junior Osvaldo |
11 |
|
Emeka Opara |
11 |
19 |
Sadio Tounkara |
10 |