“Xəzər Lənkəran” və “Bakı”dan sürpriz, “Qarabağ”dan vacib qələbə   
15 fevral 2014 19:25 (UTC +04:00)

“Xəzər Lənkəran” və “Bakı”dan sürpriz, “Qarabağ”dan vacib qələbə   

Paytaxt derbisində “Bakı” “Neftçi” üzərində inamlı qələbə qazanıb. Mahir Şükürov, Bruno Bertuççi, Tərlan Quliyev və Erik Ramosun yoxluğunda flaqmanın müdafiə xətti meydan sahiblərinin hücumları qarşısında sonadək tab gətirə bilməyib. Üstəlik, hücum xəttindəki “dişsizlik” üzündən “ağ-qaralar” fərqlənməyi bacarmayıb. Əvəzində “Bakı” fasilədən sonra 2 qol vuraraq, ardıcıl 3-cü matçından qalib ayrılıb. Qollardan birinin müəllifi Azərbaycan millisinin üzvü Cavid Hüseynov olub. Beləliklə, “Neftçi” Böyükağa Hacıyevin baş məşqçi postuna qayıdışından sonra ilk məğlubiyyətlə üzləşib.

 

Daha bir gözlənilməz nəticə Qəbələdə eyniadlı komanda ilə “Xəzər Lənkəran” arasındakı matçda qeydə alınıb. İlk yarıda Daniel Subotiç meydan sahiblərini önə çıxarsa da, fasilədən sonra qonaqlar daha fəal təsir bağışlayıblar. Lənkəran komandasının baş məşqçisi Mustafa Dənizlinin meydana buraxdığı Sadio Tounkara 11 dəqiqə ərzində əvvəlcə hesabı bərabərləşdirib, ardından Etame Mbillaya məhsuldar ötürmə verib. Matçın sonlarında Mbilla “Qəbələ”nin yeni qapıçısı və keçmiş “Xəzər Lənkəran”lı Kamran Ağayevi növbəti dəfə məyus edib. Bu dəfə Ağayevin kobud səhvi nəticəsində onun uzaqdan zərbəsi tora daxil olub – 3:2. Beləliklə, “Xəzər Lənkəran” yeni baş məşqçisi Mustafa Dənizlinin rəhbərliyi altında Premyer Liqadakı 6-cı matçında 4-cü qələbəyə nail olub.

 

“Neftçi” və “Qəbələ”nin məğlubiyyətlərindən lider “Qarabağ” layiqincə yararlanıb. Ağdam komandası Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda qəbul etdiyi AZAL-ı 2:1 hesabı ilə yenərək, ən yaxın izləyiciləri ilə xal fərqini 4-ə yüksəldib.

 

Nəhayət, autsayderlər “Sumqayıt”la “Rəvan” arasındakı görüşdə qalib müəyyənləşməyib. İlk yarıda meydan sahiblərinin qoluna qonaqlar hissənin sonlarında cavab veriblər. Bununla da “Rəvan” yeni baş məşqçisi Güvenç Kurtarın rəhbərliyi altında 3-cü matçında ilk xalını qazanıb.

 

15 fevral

 

“Bakı” – “Neftçi” (Bakı) – 2:0
Qollar:
 Cavid Hüseynov, 60. Alberto Noquera, 86

 

“Qəbələ” – “Xəzər Lənkəran” – 2:3
Qollar:
 Daniel Subotiç, 26; 65 - Sadio Tounkara, 51. Etame Mbilla, 56; 84

 

“Sumqayıt” – “Rəvan” (Bakı) – 1:1
Qollar: Rəhman Hacıyev, 24 - Miloş Adamoviç, 43

 

“Qarabağ” (Ağdam) – AZAL (Bakı) – 2:1

Qollar: Corc Leroy, 33. Çumbinyo, 47 – Viktor İqbekoyi, 66
 

14 fevral

 

“Simurq” (Zaqatala) – “İnter” (Bakı) – 0:1

Qol: Dieqo Madriqal, 72 

 

 

komanda

o

q

h

m

t

x

1

Qarabağ

21

12

6

3

34-13

42

2

Neftçi

21

11

5

5

32-23

38

3

Qəbələ

21

12

2

7

32-20

38

4

İnter

21

11

3

7

32-23

36

5

Bakı

21

11

3

7

37-22

36

6

Xəzər L

21

7

8

6

32-28

29

7

Simurq

21

6

7

8

19-19

25

8

AZAL

21

6

7

8

21-29

25

9

Rəvan

21

1

7

1

12-40

10

10

Sumqayıt

21

1

6

14

14-38

9


​Bombardir: Vaqif Cavadov (“İnter”) – 10.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1383
avatar

Oxşar yazılar