“Xəzər Lənkəran” klubunun baş məşqçisi Mustafa Dənizli istefaya göndərilib. Apasport.az saytının əldə etdiyi xəbərə görə, türkiyəli çalışdırıcının “ağ-yaşıllar”la müqaviləsinə xitam verilib.
Belə ki, bu gün klubun prezidenti Mais Mənsimovla Mustafa Dənizli arasında görüş keçirilib. Görüşdə komandanın durumu barədə müzakirələr aparılıb və yekunda türkiyəli mütəxəssislə yolların ayrılması qarşılıqlı şəkildə razılaşdırılıb.