“Xəzər Lənkəran” kapitansız qaldı
21 fevral 2014 14:39 (UTC +04:00)

“Xəzər Lənkəran” kapitansız qaldı

Topaz Premyer Liqasının XXIII turunda Bakıda AZAL-ın qonağı olacaq “Xəzər Lənkəran” fevralın 20-də paytaxta gəlib. Lent.az-ın məlumatına görə, cənublular bu gün “Dalğa Arena”nın süni örtüklü meydançasında məşqə çıxıb.

 

Bir saat 20 dəqiqə davam edən hazırlıqda zədə səbəbindən Rasim Ramaldanov və kapitan Rahid Əmirquliyev iştirak etməyib. Ağrıları olan Elnur Abdullayev isə yüngül qaçışla kifayətlənib. “Xəzər Lənkəran” sabah oyunun keçiriləcəyi “AZAL Arena”da oyunöncəsi son məşqinə çıxaraq matç saatını gözləyəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 625
avatar

Oxşar yazılar