“Xəzər Lənkəran” bəyanat verdi: İki futbolçu qovuldu!
17 yanvar 2016 16:48 (UTC +04:00)

“Xəzər Lənkəran” bəyanat verdi: İki futbolçu qovuldu!

“Xəzər Lənkəran” bir neçə gənc futbolçusunu komandadan uzaqlaşdırıb. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, oyunçular nizam-intizama riayət etmədikləri üçün onlarla yollar ayrılıb.

 

Cənub klubunun bəyanatını diqqətinizə çatıdrırıq:

“Klubun daxili nizam intizam kodeksini kobud şəkildə pozduğuna görə  futbolçular  Elvin Mirzəyev və Kazım Kazımlı klubumuzdan  uzaqlaşdırılıblar. Digər üç futbolçumuz Elşən Rzazadə, Elnur Cəfərov və Kamran Abdullazadə isə transferə çıxarılıb. Əsas komandamızın toplanışına baxışa digər klublardan futbolçular dəvət olunub ki, bu haqda əlavə məlumat veriləcək.

 

Son  olaraq qeyd edirik ki, “Xəzər Lənkəran” klubunun əsas komandası ilə yanaşı bütün aşağı yaş qruplarının məşqləri plan üzrə davam edir”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 167
avatar

Oxşar yazılar