“Xəzər Lənkəran” AZAL-ın hücumçusunu aldı
17 may 2013 13:09 (UTC +04:00)

“Xəzər Lənkəran” AZAL-ın hücumçusunu aldı

“Xəzər Lənkəran” klubu cari mövsüm başa çatmamış yeni futbolçu ilə rəsmi müqavilə bağlayıb. Lent.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, növbəti mövsümün planlarını indidən quran “ağ-yaşıllar” ilk olaraq Franko Nildonu transfer edib.

 

Bundan öncə AZAL klubunda çıxış edən braziliyalı forvard 2012-2013 mövsümündə rəqib qapılarından 21 top keçirib. 29 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanılıb. 

 

Qeyd edək ki, Franko Nildo “Xəzər Lənkəran”a hazırkı mövsüm başa çatdıqdan sonra qoşulacaq. Nildonun AZAL-ın heyətində son oyunu mayın 20-də autsayder “Kəpəz”ə qarşı olacaq.

# 538
avatar

Oxşar yazılar