“Xəzər Lənkəran” 2000 manat  ziyana düşdü
22 fevral 2014 12:31 (UTC +04:00)

“Xəzər Lənkəran” 2000 manat ziyana düşdü

 

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Lent.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, toplantıda ən böyük cəza Topaz Premyer Liqasında XXII turun “Xəzər Lənkəran” – “Bakı” matçı ilə bağlı kəsilib.

 

Oyunun 79-cu dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri meydana kənar əşya atdıqları üçün klub 2000 manat cərimələnib. “Bakı” isə 5 futbolçusunun sarı vərəqə alması səbəbindən 1000 manat ziyana düşüb.

 

“Qarabağ”la görüşdə 4 futbolçusu sarı vərəqə alan “Rəvan” da 1000 manat cərimələnib.

 

“Simurq”la matçın 32-ci dəqiqəsində “Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Hüseynov 1 oyunluq cəzaya, klubu 200 manat cəriməyə məruz qalıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469
avatar

Oxşar yazılar