“Vüqar Həşimovu itirmək mənim üçün faciə oldu” - <span style="color:red;">MÜSAHİBƏ
22 aprel 2014 18:12 (UTC +04:00)

“Vüqar Həşimovu itirmək mənim üçün faciə oldu” - MÜSAHİBƏ

Rusiya şahmatçısı Sergey Karyakin "Shamkir Chess 2014" turnirinin rəsmi saytına müsahibə verib.

-  Turnirdə 2 tur arxada qalıb. Sizin təəssüratlarınızı bilmək maraqlı olardı...

 

- Şəmkirdə dünyanın güclü şahmatçıları toplaşıb. Həm A, həm B turnirində maraqlı partiyalar izlənilir. Rəqabət çox yüksəkdir. 2 turdan sonra aktivimdə 1 xal var. 3-cü turda Maqnus Karlsenlə mübarizə aparacam. Fikrimcə indidən hansı şahmatçının qalib gələcəyini söyləmək çətindir. Əsas mübarizə irəlidədir.

 

- Maqnus Karlseni dayandırmaq mümkün olacaqmı...

 

- Karlsen 2 turdan 2 xal toplayıb. Ötən gün Nakamuraya qalib gəldi. Güclü şahmatçıdır. Unutmaq olmaz ki, dünya çempionudur. Lakin heç kim Şəmkirə uduzmaq üçün gəlməyib. Karlsenin Şəmkirdə qələbə qazanacağını indidən söyləmək olmaz.

 

- Vüqar Həşimovla bağlı hansı xatirəni bizə danışa bilərsən?

 

- Vüqar mənim yaxın dostum olub. Onu itirmək şəxsən mənim üçün faciə oldu. Astanada keçirilən sürətli şahmat üzrə dünya çempionatında iştirak edəndə onunla tez-tez danışırdıq. Bir dəfə dedim ki, sənin yerin görünür yarışda. Çünki hamı bilirdi ki, Vüqar sürətli şahmatın mahir ustası idi. Onu dayandırmaq çətin məsələ idi. Vüqar cavab verdi ki, Sergey sən həm öz yerinə, həm də mənim yerimə oyna. Şəmkir turnirində iştirakı özümə borc bilirdim. Həşimovun adı olan turnirdə mütləq iştirak etməli idim. 

 

- Şəmkir haqda təəssüratlarını bilmək maraqlı olardı....

 

- İndiyə qədər yalnız Bakıda olmuşam. Şəmkir maraqlı şəhərdir. Təbiəti gözəldir. Düzünü deyim ki, çox istəyirəm ətrafı gəzmək imkanım olsun. Yəqin, istirahət günündə Şəmkirin mərkəzi yerlərinə getmək imkanı olacaq. 

 

- Bəzi həmkarların "Shamkir Chess 2014" turnirini məşhur Linareslə müqayisə edir...

 

-"Shamkir Chess 2014" turniri Linaresdən geri qalmır. Təşkilatçılar yüksək səviyyədə turnir keçirir. Bu yarışda iştirak etmək bizim üçün şərəfdir. 6 şahmatçının qatıldığı turnir 22-ci kateqoriyaya aiddir. Bu, artıq rəqabətdən xəbər verir. Fikrimcə, yarış ənənəvi olmalıdır. Əgər təşkilatçılar yarışı ənənəvi keçirsələr, "Shamkir Chess" gələcəkdə dünyanın ən nüfuzlu şahmat turnirlərindən biri olacaq. 

 

- “Shamkir Chess 2014” sənin üçün ardıcıl üçüncü turnirdir. Yorğunluq oyununa təsir edir...

 

- Bir qədər yorğunluq olur. Bəzən fikrim partiyadan yayınır. Amma şahmat bizim həyatımızdır. Bunun üçün ardıcıl üçüncü turnir olsa belə, maraqla oynayıram. Karlsen, Nakamura, Rəcəbov, Məmmədyarovun iştirak etdiyi mübarizə maraqsız ola bilməz. 

 

# 1088
avatar

Oxşar yazılar