“Udineze” və “Neftçi” “Qəbələ Kuboku”nda
29 aprel 2014 17:03 (UTC +04:00)

“Udineze” və “Neftçi” “Qəbələ Kuboku”nda

Mayın 29-da 15 yaşadək futbolçulardan ibarət komandalar arasında baş tutacaq III Qəbələ Kuboku beynəlxalq turnirinin bütün iştirakçıları müəyyənləşib. Lent.az-ın məlumatına görə, Azərbaycanın “Neftçi” və İtaliyanın “Udineze” klubları da turnirdə yer alacaqlarını rəsmən təsdiqləyiblər.

 

Daha öncə "Fənərbaxça" (Türkiyə), "Lokomotiv" (Moskva, Rusiya), "Liverpul" (İngiltərə), "Olimpik" (Marsel, Fransa) və "Anderlext"in (Belçika) komandalarının da Qəbələyə gələcəkləri açıqlanıb. 8-ci klub isə ev sahibi “Qəbələ” olacaq.

 

Qeyd edək ki, ənənəvi turnirin coğrafiyası ildən-ilə genişlənməkdədir. Builki yarışda ilk dəfə İngiltərə, Fransa, İtaliya və Belçika təmsilçiləri yer alacaqlar. İlk iki “Qəbələ Kuboku”nda isə İspaniya, Hollandiya, Portuqaliya, Türkiyə, Danimarka, Rusiya, Serbiya və Ukrayna təmsilçiləri çıxış ediblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 579
avatar

Oxşar yazılar