APA-nın “Oyannews”a istinadən verdiyi məlumata görə, Təbriz klubu tarixində ilk dəfə İran Kubokunun sahibi olub.
Fevralın 14-də İran Kubokunun finalında “Traktorsazi” Kirman şəhərinin “Mis” komandasının qonağı olub. Kirman şəhərinin “Bahünər” stadionunda baş tutan qarşılaşma Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə “Traktorsazi”dən Səid Dəqiqi vurub. Bu futbolçu matçın ən yaxşı oyunçusu da seçilib.
Qeyd edək ki, “Traktorsazi” İran Kubokunun sahibi olmaqla, gələn il Asiya Çempionlar Liqasında mübarizə aparmaq hüququ qazanıb.