“Traktor”-un yeni oyunçusu: “Azərbaycanlıyam, “Traktor”la fəxr edirəm”
18 iyul 2013 06:44 (UTC +04:00)

“Traktor”-un yeni oyunçusu: “Azərbaycanlıyam, “Traktor”la fəxr edirəm”

Asiya futbolunun gənc ulduzu Kərim Ənsarifərd Təbrizin “Traktorr” futbol komandasına qoşulub.

Lent.az-ın Güney Azərbaycanyönlü informasiya mənbələrinə istinadən məlumatına görə, Ərdəbil şəhərindən olan bu idmançı  daxili və xarici ölkələrin, eləcə də Avropa klublarından təkliflər alsa da, o, “Traktor”u seçib.

Ənsarifərd “Traktor” klubu ilə anlaşma imzaladıqdan sonra jurnalistlərlə bunları söyləyib:“Hər halda qismət elə oldu ki, bu il “Traktor”un qırmızı köynəyini əynimə geyim. Təbrizlilərlə birlikdə futbolu davam etdirmək şərəfinə nail olum. “Traxtur” son illərdə İran futbolunda xüsusi yer tutur. Düşünürəm ki, bu seçim mənim üçün əladır...

Özüm azərbaycanlıyam və “Traktor” tərəfdarları, yəni dildaşdılarımla özümü daha rahat hiss edərəm. Ona görə düşünürəm seçimim doğrudur və öz məqsədimə çatacağam. Həm də Təbrizdə qəriblik hissi keçirmərəm.”

# 1289
avatar

Oxşar yazılar