“Trabzonspor”lu futbolçular “Qalatasaray”la ev oyunundan əvvəl Türkiyə Futbol Federasiyasına (TFF) etiraz edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, “Trabzonspor” meydana “2010-2011 mövsümün çempionu Trabzonspor, ədalətli ol” sözləri yazılmış plakatla çıxıb.
“Trabzonspor”u bu addımı atmağa TFF-nin evdə oynadıqları son oyunda çempionluq kubokunu onlara verməməsi vadar edib.
Qeyd edək ki, 2010-2011 mövsümünü “Fənərbaxça” və “Trabzonspor” klubları 82 xalla 1-ci və 2-ci sırada başa vursalar da, çempion “Fənərbaxça” olmuşdu. Ancaq çempionat başa çatandan sonra, 2011-ci ilin iyulunda oyun alqı-satqısıyla əlaqədar TFF çempion “Fənərbaxça”nı Çempionlar Liqasında oynamaqdan məhrum etmiş, UEFA “Fənərbaxça”nın əvəzinə “Trabzonspor”u yarışa daxil etmişdi.